Azərbaycanlı hakimin ömürlük cəzası qüvvədə qaldı

19:00 - 31 Avqust 2020

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. Yığıncaqda sabiq hakim Anar Niyazovun apellyasiya şikayətinə baxılıb.

 

Sportal.az xəbər verir ki, qurum onun müraciətinin təmin edilməməsinə qərar verib. Bununla da İntizam Komitəsinin onun barəsində 2017-ci ildə çıxardığı qərar qüvvədə qalıb.

 

Danışılmış oyunlarda iştiraka görə Niyazova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilib. Bu qərar UEFA-dan daxil olmuş danışılmış oyunlarla bağlı hesabatlara və AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsasən verilib.

Xəbər xətti