Patrik Şik Bundesliqa klubunda

01:01 - 1 Sentyabr 2020

"Bayer" "Roma"nın hücumçusu Patrik Şikin transferini bitirib

 

Sportal.az xəbər verir ki, Leverkuzen təmsilçisi bu keçid üçün İtaliya klubuna 26 milyon avro təzminat ödəməyi qəbul edib. Çexiyalı hücumçu ilə 5 illik razılıq əldə edilib.

 

"Roma" Şiki "Sampdoriya"dan 2017-ci ildə 40 milyon avroya transfer etmişdi.

 

24 yaşlı hücumçu ötən mövsüm icarə əsasında çıxış etdiyi "Leyptsiq"in heyətində Bundesliqada 22 oyunda 10 qol vurub.

Xəbər xətti