"Milan" "Real"ın hücumçusunu icarəyə götürdü

13:13 - 1 Sentyabr 2020

"Real" hücumçusu Brahim Diası icarəyə verib.

 

Sportal.az "Marca"ya istinadla xəbər verir ki, 21 yaşlı futbolçu 2020/21 mövsümünü "Milan"da keçirəcək. Müqavilədə satın alma şərti yoxdur.

 

"Real" İspaniyanın U-21 millisinin üzvünü 2019-cu ilin yanvarında "Mançester Siti"dən 17 milyon avroya transfer edib.

Xəbər xətti