"Messini transfer edə bilmərik" - "İnter"dən açıqlama

23:00 - 1 Sentyabr 2020

"İnter" "Barselona"dan ayrılmağa qərar verən Lionel Messini transfer edə bilməyəcəyini bəyan edib.

 

Sportal.az xəbər verir ki, klubun idman direktoru Piero Ausilio argentinalı ulduzun transfer xərclərini qarşılaya bilməcəyəklərini deyib:

 

"Əgər Messidən danışırıqsa, dünyanın bütün klubları belə futbolçunu istəyər. Ancaq maliyyə feyr-pley qaydaları var və bunu nəzərə almalıyıq. Özümüz də çətin vəziyyətdəyik. "İnter" Messini transfer etməyəcək. Belə xəbərlər haradan çıxır, bilmirəm".

 

33 yaşlı futbolçunun müqaviləsindəki şərtə görə, onu transfer etmək istəyən klub katalonlara 700 milyon avro təzminat ödəməlidir.

Xəbər xətti