"Bayern"dən "Real"a qayıtdı

23:39 - 3 Sentyabr 2020

"Bayern" "Real"dan icarəyə götürdüyü Alvaro Odriosola ilə bağlı qərar verib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, Münhen təmsilçisi ispaniylı müdafiəçinin transfer hüququna yiyələnməyib.

 

24 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu Madrid klubuna qayıdıb.

 

"Real" Odriosolanı 2018-ci ildə "Real Sosyedad"dan 30 milyon avroya transfer edib. İspaniya millisinin üzvü 2020-ci ilin yanvarında "Bayern"ə icarəyə verilmişdi.

Xəbər xətti