"Barselona" Memfis Depay üçün hərəkətə keçdi

18:18 - 5 Sentyabr 2020

"Barselona" "Lion"un hücumçusu Memfis Depayı transfer etmək üçün hərəkətə keçib.

 

Sportal.az "La Vanguardia"ya istinadla xəbər verir ki, katalonlar baş məşqçi Ronald Kumanın tələbi ilə niderlandlı futbolçu üçün 25 milyon avro təklif göndərib. Məlumata görə, "Barsa" 26 yaşlı hücumçu ilə ilkin razılıq əldə edib.

 

"Lion" Niderland millisinin üzvünü 2017-ci ildə "Mançester Yunayted"dən 16 milyon avroya transfer edib. Qana əsilli futbolçunun Fransa klubu ilə müqaviləsinin başa çatmağına 1 il qalıb.

Xəbər xətti