"Latsio" Muriki transferini tamamladı

12:38 - 6 Sentyabr 2020

"Latsio" "Fənərbaxça"nın hücumçusu Vedat Murikini transfer edib.

 

Sportal.az "Sky Italia"ya istinadla xəbər verir ki, Roma təmsilçisi bu keçid üçün 18+2 milyon avrosundan keçib.

 

Kosovo yığmasının üzvü ilə 5 illik müqavilə imzalanıb. 26 yaşlı mərkəz hücumçusu illik 2 milyon avro maaş alacaq. Muriki növbəti həftə Romaya yollanıb, tibbi müayinədən keçəcək.

 

"Fənərbaxça" Murikini 2019-cu ilin yayında "Rizəspor"dan 5 milyon avro və 3 futbolçu qarşılığında transfer etmişdi. Kosovolu futbolçu ötən mövsüm keçirdiyi 36 oyunda 17 qol vurub, 7 məhsuldar ötürmə edib.

Xəbər xətti