"Qalatasaray"da nigeriyalı futbolçu

17:55 - 7 Sentyabr 2020

Türkiyənin "Qalatasaray" klubu heyətini gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin "Stok Siti" klubundan Oqhenekaro Etebonu rənglərinə bağlayıb. Nigeriya millisinin üzvü tibbi müayinədən keçmək üçün Türkiyəyə gəlib. Onunla imzalanacaq müqavilənin detalları tezliklə açıqlanacaq.

 

"Stok Siti" 24 yaşlı yarımmüdafiəçini 2018-ci ildə Portuqaliyanın "Feyrensi" klubundan 7,2 milyon avroya transfer edib. Etebo ötən mövsümün ikinci yarısını icarə əsasında "Xetafe"də keçirib.

Xəbər xətti