"Başakşəhər" "Lion"un müdafiəçisi ilə anlaşdı

18:04 - 7 Sentyabr 2020

Son Türkiyə çempionu "Başakşəhər" "Lion"un sağ cinah müdafiəçisi Rafael da Silvanın transferini həll edib.

 

Sportal.az "L'Equipe" nəşrinə istinadla xəbər verir ki, braziliyalı müdafiəçi növbəti həftə İstanbula gəlib, tibbi müayinədən keçəcək. 30 yaşlı futbolçu ilə iki illik razılıq əldə edilib.

 

Rafael 5 mövsüm oynadığı "Lion"da 139 qarşılaşmaya çıxıb, 2 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2008-ci ildə əkiz qardaşı Fabio da Silva ilə birlikdə "Fluminense"nin akademiyasında "Mançester Yunayted"ə keçmişdi.

Xəbər xətti