Qara Qarayev: "Necə oynayacağımızı bilirik"

20:36 - 7 Sentyabr 2020

Azərbaycan millisinin futbolçusu Qara Qarayev Millətlər Liqasının 2-ci turunda səfərdə Kiprlə keçiriləcək oyun öncəsi mətbuat kofnrasında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi qalib gəlmək istədiklərini bildirib:

 

“Bütün diqqətimiz bu oyuna yönəlib. Heyətdə Mahir Emrelidən başqa bir itki yoxdur. Oyuna tam hazırıq. Əlimizdən gələni edəcəyik ki durumu xeyrimizə dəyişək, azarkeşlərin rəğbətini qazanaq. Bura daha əvvəl “Qarabağ”la səfər etmişəm. Milli səviyyədə ilk dəfə qarşılaşacağıq. Necə oynayacağımızı bilirik. Ancaq bunu indi demək düzgün deyil. Məşqçilər heyəti rəqibi yetərincə araşdırıb və lazım olan informasiyanı bizə verib".

Xəbər xətti