"Qarabağ" - "Molde": təyinatlar açıqlandı

21:21 - 9 Sentyabr 2020

Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Molde" (Norveç) oyununun hakimləri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanı serbiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Srdyan Yovanoviç olacaq.

 

Ona yerliləri - Uroş Stoykoviç və Milan Mihayloviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Novak Simoviç yerinə yetirəcək.

 

Sentyabrın 16-da Kiprin Larnaka şəhərində baş tutacaq oyun Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Xəbər xətti