Millinin Slovakiya ilə matçının vaxtı açıqlandı

11:11 - 10 Sentyabr 2020

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də keçiriləcək Slovakiya – Azərbaycan oyununun başlanma vaxtı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki,  Nitra şəhərindəki eyniadlı stadionda keçiriləcək qarşılaşma yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə saat 18:30) başlayacaq.

 

Millimiz 2-ci qrupda 6 xalla 4-cü pillədə qərarlaşıb. Slovakiya eyni xalla 5-cidir.

Xəbər xətti