"Fənərəbaxça" konqolu futbolçu ilə razılığa gəldi

13:46 - 10 Sentyabr 2020

"Fənərbaxça" növbəti keçidini həll edib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Almaniyanın "Volfsburq" klubunun müdafiəçisi Marsel Tisseranı heyətinə qatıb. 27 yaşlı futbolçu ilə 4 illik razılıq əldə edilib. Tisseran növbəti həftə Türkiyə gəlib, tibbi müayinədən keçəcək.

 

"Volfsburq" Konqo Demokratik Respublikası millisinin üzvünü 2018-ci ildə "İnqolştadt"dan 7 milyon avroya transfer edib.

Xəbər xətti