"Neftçi" - "Qalatasaray" oyunu Bakı Olimpiya Stadionunda

17:09 - 11 Sentyabr 2020

Avropa Liqasının II təsnifat mərhələsinin "Neftçi” – "Qalatasaray” oyunu "Bakcell Arena”da keçirilməli olsa da, hər iki klubun razılığı ilə matçın Bakı Olimpiya Stadionunda təşkil olunması haqda UEFA-ya müraciət edilib.

 

Sportal.az xəbər verir ki, Avropanın ali futbol qurumu pandemiya dövründə BOS-un geniş infrastruktur imkanlarını nəzərə alaraq oyunun həmin arenada keçirilməsinə razılıq verib.

 

Sentyabrın 17-də baş tutacaq görüş saat 20:00-da start götürəcək.

Xəbər xətti