Ayxan Abbasovla görüşdü, Füzuli Məmmədovla yox - "Neftçi"nin futbolçusundan etiraz - VİDEO

21:04 - 11 Sentyabr 2020

Azərbaycan Premyer Liqasının II turunda "Neftçi" "Sumqayıt"ı qəbul edir. İlk hissəsi gedən matçda qonaq komanda öndədi - 1:0.

 

Sportal.az xəbər verir ki, oyunun 35-ci dəqiqəsində Voyislav Stankoviçlə əvəzlənən Mamadu Mbodj baş məşqçi Füzuli Məmmədovun qərarını etirazla qarşılayıb.

 

Meydanı tərk etdikdən sonra rəqib komandanın baş məşqçisi Ayxan Abbasova əl verib görüşən seneqallı müdafiəçi Məmmədvla görüşməyib. Daha sonra o, baş məşqçi ilə nəyisə müzakirə edib və ehtiyat skamyaya yox, birbaşa soyunub-geyinmə otağına yollanıb.

 

Xəbər xətti