"Barselona"dan "İnter"ə keçdi

14:35 - 13 Sentyabr 2020

"Barselona"nın yarımmüdafiəçisi Arturo Vidal karyerasını İtaliyanın "İnter" klubunda davam etdirəcək.

 

Sportal.az "Sky Italia"ya istinadla xəbər verir ki, çilili yarımmüdafiəçi ilə 2 illik anlaşma əldə edilib. 33 yaşlı futbolçu Milan təmsilçisinə azad agent statusu ilə qoşulub.

 

Katalonlar Vidalı 2018-ci ildə "Bayern"dən 18 milyon avroya transfer etmişdi. "Kolo Kolo"nun yetirməsi "Bayer" (Leverkuzen) və "Yuventus"da da çıxış edib.

Xəbər xətti