"Roma"nın futbolçusu əməliyyat edildi

14:46 - 14 Sentyabr 2020

İtaliyanın “Roma” klubunun yarımmüdafiəçisi Nikolo Zaniolo əməliyyat olunub.

 

Sportal.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Avstriyada uğurlu əməliyyat edilib. İtaliyalı futbolçunun uzun müddət yaşıl meydanlardan kənar qalacağı gözlənilir.

 

Zaniolo İtaliya yığmasının Millətlər Liqasında Niderlanda qalib gəldiyi matçda (1:0) zədələnmişdi.

Xəbər xətti