"Fənərbaxça"dan ayrılan futbolçu "Udineze"də

18:00 - 14 Sentyabr 2020

"Fənərbaxça"dan ayrılan Tolqay Arslan karyerasını İtaliyada davam etirəcək.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu A Seriya təmsilçisi "Udineze" ilə razılığa gəlib. O, tezliklə tibbi müayinədən keçib, komandaya qoşulacaq.

 

2019-cu ilin yanvarında "Beşiktaş"dan "Fənərbaxça"ya keçən Tolqay "sarı-lacıvərdli" formada 33 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Xəbər xətti