Betu Portuqaliyaya qayıtdı

13:13 - 22 Sentyabr 2020

“Göztəpə”dən ayrılan portuqaliyalı qapıçı Betu karyerasını ölkəsində davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı əlcək sahibi keçmiş klubu “Leyşoyiş”ə keçib. 1-ci liqa təmsilçisi təcrübəli oyunçu ilə 2 illik müqavilə imzalayıb.

 

Betu 2006-2009-cu illərdə “Leyşoyiş”də çıxış edib. "Sportinq"in yetirməsi 2017-ci ildən "Göztəpə"də oynayırdı.

Xəbər xətti