"Qarabağ"ın futbolçusu ilk dəfə milliyə dəvət aldı

16:16 - 28 Sentyabr 2020

Kabo-Verde millisinin Andorra və Qvineya yığmaları ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Pedro Leytao Britonun dəvət göndərdiyi futbolçular arasında "Qarabağ"ın yeni transferi Patrik Andrade də var. 27 yaşlı yarımmüdafəçi ilk dəfə milliyə çağırılıb.

 

Kabo-Verde Andorra ilə oktyabrın 7-də, Qvineya ilə isə oktyabrın 10-da qarşılaşacaq.

Xəbər xətti