Gerye "Qarabağ"a qoşuldu

11:47 - 1 Oktyabr 2020

Avropa Liqasının pley-off mərhələsində bu gün Polşanın "Legiya" klubu ilə qarşılaşacaq "Qarabağ" müdafiəçisi Donald Geryenin xidmətindən yararlana biləcək.

 

Sportal.az xəbər verir ki, pasport problemi ilə üzləşdiyi üçün komanda ilə birlikdə Varşavaya yollana bilməyən haitili futbolçu artıq komandaya qoşulub. O, gecə saatlarında Varşavaya çatdığını söyləyib.

 

Bu gün keçiriləcək "Legiya" - "Qarabağ" oyununa Bakı vaxtı ilə 22:00-da start veriləcək.

Xəbər xətti