"İnanıram ki, ordumuz bütün işğal olunmuş torpaqları azad edəcək" - olimpiya çempionu

18:05 - 1 Oktyabr 2020

Olimpiya, dünya və Avropa çempionumuz Şərif Şərifov ermənilərin cəbhədəki təxribatlarından danışıb.

 

Sportal.az xəbər verir ki, o, bunları deyib:

 

"30 ilə yaxındır Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Nəticədə 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Bu müddət ərzində aparılan sülh danışıqları heç bir fayda verməyib. İşğalçılıq siyasətini davam etdirən Ermənistan sentyabrın 27-də növbəti dəfə atəşkəsi pozub. Ən pisi də odur ki, onlar dinc sakinləri hədəf alır.

 

Nəticədə ölən və yaralananlar var. Həyatını dəyişənlər arasında uşaqların da olması dəhşətdir. Mən bir Olimpiya çempionu kimi dünya ictimaiyyətini Ermənistanı belə qeyri-insani addımlardan çəkindirməyə çağırıram. İnanıram ki, tez bir zamanda Azərbaycan Ordusu bütün işğal olunmuş torpaqları azad edəcək”.

Xəbər xətti