Rövnəq Abdullayevdən Qurban Qurbanova təbrik zəngi

02:02 - 2 Oktyabr 2020

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Varşavadakı "Voyska Polskieqo" stadionunda keçirilmiş "Legiya" (Polşa) - "Qarabağ" oyunundan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla telefonla əlaqə saxlayıb.

 

Sportal.az xəbər verir ki, o, möhtəşəm qələbə, növbəti dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanması münasibətilə komandanın bütün üzvlərini Azərbaycan futbol ailəsi adından təbrik edib və qrup mərhələsində uğurlar arzulayıb.

Xəbər xətti