Millimizin baş məşqçisi: "O, oyunlarda azarkeşlərlə danışmamalıdır"

00:01 - 6 Oktyabr 2020

Milli komandamızın baş məşqçisi Canni De Byazi bu gün "İctimai TV"də yayımlanan "Bol İdman" verilişinin qonağı olub.

 

Sportal.az xəbər verir ki, baş məşqi ona ünvanlanan "Vüsal İsgəndərli milliyə niyə dəvət almır?" sualını belə cavablandırıb:

 

"Bildiyiniz kimi bütün çempionat oyunlarını izləyirəm. Vüsal İsgəndərlinin yaxşı sürət və driblinqi var. Lakin onun bir az beynəlxalq səviyyədə təcrübəyə ehtiyacı var. Vüsal daha çox fərdi yox, komanda üçün oynamalıdır, oyun zamanı azarkeş və ya kənardakılarla danışmamalıdır, bütün diqqəti meydanda olmalıdır".

Xəbər xətti