“Qəbələ” “Sumqayıt”la yoxlama oyunu keçirəcək

14:05 - 9 Oktyabr 2020

Milli komandaların oyunları ilə əlaqədar olaraq Azərbaycan Premyer Liqasında yaranmış fasilə ərəfəsində “Sumqayıt” və “Qəbələ” klubları arasında yoxlama oyunu keçiriləcək. 


Sportal.az xəbər verir ki, qarşılaşma sabah Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq. Görüş saat 16:30 –da start götürəcək. 


Qeyd edək ki, komandalar Azərbaycan Premyer Liqasının sonuncu turunda görüş baş tutub və qollu bərabərliklə başa çatıb – 1:1. 

Xəbər xətti