Samir Abasov: "Rəqib həddindən artıq sıx və qol buraxmamaq üçün oynadı"

22:15 - 28 Noyabr 2020

"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XI turunda "Zirə" ilə oyun barədə fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, o, 0:0 hesabı ilə bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

"Həyəcanlı oyun keçdi. Hər saniyədə oyunun taleyi həll oluna bilərdi. Hər iki komanda uduzmamaq istəyi ilə meydana çıxmışdı. Qol imkanlarımız az oldu. Daha da artırıb, yaxşı komanda görəcəyik. Rəqib həddindən artıq sıx və qol buraxmamaq üçün oynadı. Bu vəziyyətdə onların qapısına getmək çətin idi. Qələbə üçün hər şeyi etdik. Düzdü, bəzi şeylər alınmadı. Bu, futboldu".

Xəbər xətti