Azərbaycan millisi Avropa çempionatının 5-ci səbətində

22:22 - 5 Yanvar 2021

21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçiriləcək Avro-2023-ün seçmə mərhələsinin püşkatma vaxtı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, yanvarın 28-də İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Püşkatmada 53 komanda rəqibini tanıyacaq.

 

Komandalar püşk zamanı 9 qrupa bölünəcək. Səkkiz qrupda 6, bir qrupda isə 5 komanda mübarizə aparacaq. 9 qrup qalibi və ən yaxşı nəticə göstərən ikinci yerin sahibi final mərhələsinə birbaşa yollanacaq.

 

Digər 8 qrupun ikinciləri 4 vəsiqə üçün 2022-ci ilin sentyabrında pley-off oyunları keçirəcəklər.

 

Azərbaycan millisi püşk zamanı 5-ci səbətdə yer alacaq. UEFA İcraiyyə Komitəsinin qüvvədə olan qərarına əsasən, yığmamız Ermənistanla eyni qrupa düşə bilməz.

 

Həmçinin Cəbəllütariq – İspaniya, Bosniya və Herseqovina – Kosovo, Kosovo – Serbiya, Kosovo – Rusiya və Rusiya – Ukrayna görüşləri də olmayacaq.

 

1-ci səbət: İspaniya, Almaniya, Fransa, İngiltərə, İtaliya, Danimarka, Portuqaliya, Niderland, Xorvatiya

 

2-ci səbət: Avstriya, Polşa, İsveç, Çexiya, Belçika, Rusiya, Serbiya, İsveçrə, Yunanıstan

 

3-cü səbət: Slovakiya, İslandiya, Ukrayna, Sloveniya, İrlandiya, İsrail, Norveç, Bolqarıstan, Türkiyə

 

4-cü səbət: Şotlandiya, Şimali Makedoniya, Bosniya və Herseqovina, Uels, Şimali İrlandiya, Finlandiya, Macarıstan, Belarus, Albaniya

 

5-ci səbət: Monteneqro, Kosovo, Litva, Qazaxıstan, Moldova, Kipr, Farer adaları, Azərbaycan, Latviya

 

6-cı səbət: Lüksemburq, Ermənistan, Malta, Andorra, Estoniya, Cəbəllütariq, Lixtenşteyn, San Marino

 

Seçmə mərhələ 2021-ci ilin martından 2022-ci ilin iyununa qədər keçiriləcək. Final mərhələsi isə 2023-cü ilin iyun-iyul aylarında olacaq.

Xəbər xətti