Mahir Emreli Belçika klublarının hədəfində

09:54 - 7 Yanvar 2021

“Qarabağ”ın hücumçusu Mahir Emreli karyerasını Belçikada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, Belçika mətbuatı 23 yaşlı hücumçu ilə maraqlanan klubların adını açıqlamayıb. Xəbərdə “Vasland-Beveren”, “Sulte-Varegem”, “Standard”, “Sent-Trüden” və “Mexelen” kimi yüksək liqa klublarının hücumçu axtardıqları bildirilib.

 

Mahir bu mövsüm keçirdiyi 16 oyunda 9 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər xətti