"Neftçi" - "Keşlə" oyununun vaxtı dəyişdirildi

16:38 - 8 Yanvar 2021

"Neftçi”nin təlim-məşq toplanışı zamanı yanvarın 14-ü "Keşlə” ilə keçirəcəyi yoxlama oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi saat 16:00-da deyil, 17:00-da başlanacaq.

 

Sportal.az xəbər verir ki, buna səbəb matçın "CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanmasıdır.

 

Oyun "Bakcell Arena”da baş tutacaq.

Xəbər xətti