Zubir bu göstəricidə liderdir

16:41 - 8 Yanvar 2021

Azərbaycan Premyer Liqasında cari mövsümün ilk hissəsində ən çox məhsuldar ötürmə edən futbolçu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, mövsümün ilk yarısında ən çox məhsuldar ötürmə edən “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir olub. O, bu müddətdə 5 məhsuldar ötürməylə yadda qalıb.

 

Zubir “Neftçi”dən Yusuf Laval və “Qəbələ”dən Nikolas Rayseli (hər ikisi 4 məhsuldar ötürmə) qabaqlayıb.

Xəbər xətti