Libertadores kubokunun finalında Braziliya təmsilçiləri - VİDEO

12:12 - 14 Yanvar 2021

Libertadores kubokunda ikinci finalçı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, yarımfinalda Argentinanın “Boka Xuniors” klubu ilə Braziliya təmsilçisi “Santos” qarşılaşıb. Cavab matçında rəqibini 3:0 hesabı ilə məğlub edən “Santos” finala vəsiqə qazanıb.

 

Tərəflərin ilk oyununda hesab açılmamışdı.

 

“Santos” finalda Braziliyanın digər klubu “Palmeyras”la qarşılaşacaq. Oyun yanvarın 30-da keçiriləcək.

 

Xəbər xətti