Kevin Strotman İtaliyaya qayıtdı

13:26 - 15 Yanvar 2021

İtaliyanın “Cenoa” klubu heyətinə yeni oyunçu qatıb.

 

Sportal.az xəbər verir ki, Genuya təmsilçisi Fransanın "Marsel" klubunun yarımmüdafiəçisi Kevin Strotmanı icarəyə götürüb. Niderlandlı futbolçu mövsümün sonuna qədər A Seriya klubunda çıxış edəcək.

 

30 yaşlı futbolçu 2013-2018-ci illərdə "Roma"da oynayıb.

Xəbər xətti