"Milan" Mancukiçlə anlaşdı

16:16 - 17 Yanvar 2021

İtaliyanın "Milan" klubu xorvatiyalı hücumçu Mario Mancukiçi heyətinə qatmağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" 34 yaşlı hücumçu ilə mövsümün sonuna qədər razılığa gəlib. Təcrübəli futbolçu bu müddət ərzində 1,5 milyon avro maaş alacaq.

 

Mancukiç 2020-ci ilin yayından klubsuzdur. Xorvatiya millisinin keçmiş üzvü "Dinamo" (Zaqreb), "Volfsburq", "Bayern" (Münhen), "Atletiko" və "Yuventus" kimi klublarda çıxış edib.

Xəbər xətti