"Fənərbaxça" Macarıstan millisinin üzvünü transfer etdi

16:50 - 17 Yanvar 2021

Türkiyənin "Fənərbaxça" klubu Kipr təmsilçisi "Apollon"un müdafiəçisi Attila Salayı transfer edib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 23 yaşlı futbolçu ilə 3,5 illik müqavilə imzalayıb. "Sarı-lacıvərdlilər" bu keçid üçün Limassol klubuna 1,5 milyon avro təzminat ödəyib.

 

Macarıstan yığmasının üzvü 2019-cu ildən "Apollon"da çıxış edirdi.

Xəbər xətti