"Keşlə"nin yeni baş məşqçisi məlum oldu - RƏSMİ

11:35 - 25 Yanvar 2021

“Keşlə”nin yeni baş məşqçisi məlum olub.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisini bundan sonra Sənan Qurbanov çalışdıracaq. 40 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

Sənan Qurbanov bu vəzifədə istefa verən Yunis Hüseynovu əvəz edib.

 

Qurbanov 2018-2019-cu illərdə “Qəbələ”nin baş məşqçisi olub.

Xəbər xətti