"Zirə"dən ayrılan futbolçu Braziliya klubunda

11:11 - 28 Yanvar 2021

“Zirə”dən ayrılan Kayo Rangelin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, braziliyalı vinger karyerasını ölkəsində davam etdirəcək. 25 yaşlı futbolçu Paulista liqasında mübarizə aparan “Santo Andre” ilə müqavilə imzalayıb.

 

Rangel 2020-ci ilin yayından “Zirə”də çıxış edirdi.

Xəbər xətti