"Qalatasaray"da misirli hücumçu

15:31 - 28 Yanvar 2021

"Qalatasaray" hücum xəttini gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Misirin "Zamalek" klubunun futbolçusu Məhəmməd Mustafanı heyətinə cəlb edib. Misir təmsilçisinin mətbuat katibi İssam Saləm "sarı-qırmızılar"ın 1,5 illik icarə haqqı üçün 2 milyon dollar təzminat ödəyəcəyini açıqlayıb.

 

Bundan əlavə, Türkiyə klubu 4 milyon dollar ödəyib, oyunçunun transfer hüququna sahib ola bilər.

 

Mustafa Misir millisində 4 oyun keçirib. 23 yaşlı forvard bu mövsüm keçirdiyi 4 oyunda 2 qol vurub.

Xəbər xətti