Yığma divizion klubunu məğlub etdi

12:43 - 1 Fevral 2021

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, 1-ci divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşan millimiz 3:0 hesablı qələbə qazanıb.

 

U-19-un qollarını Camal Cəfərov, Mehrac Baxşəli və Samir Məhərrəmli vurublar.

Xəbər xətti