Səlahət Ağayev "Zirə" ilə oyunda inanılmaz səhv etdi - VİDEO

19:04 - 2 Fevral 2021

Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Neftçi" "Zirə"ni qəbul edir.

 

Sportal.az xəbər verir ki, ilk hissədən sonra qonaqlar hesabda üstündür - 1:0. "Qartallar"ın qolu bir qədər kuryoz alınıb.

 

"Neftçi"nin qapıçısı Səlahət Ağayev topu irəli vurmaq istəyərkən inanılmaz səhvə yol verib. Topu ayağında çox saxlayan qolkiper rəqib oyunçu İlkin Muradovun pressinqi ilə üzləşib. Bu zaman Ağayev topu irəli vursa da, top Muradova dəyərək qapıya daxil olub.

 

 

 

Xəbər xətti