"Meydanı tərk etməsi yorğunluqla bağlı deyildi" - Sənan Qurbanov

20:00 - 2 Fevral 2021

"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsində "Kəpəz"ə qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransında öz fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, o, qələbəni şərh edib:

 

“Rəqib bu gün də öz gücünü göstərdi. Komanda şəklində çox yaxşı müdafiə olundular. Qələbə qazandıq, amma qonaq komanda bizə meydanda əziyyət verdi. “Kəpəz”in 1/8 finalda “Sabah”ı 2:1 hesabı ilə yendiyi matçı analiz etmişdik. Bu gün də çox sıx oynadılar. Bacardığımız qədər müdafiəni yarmağa çalışdıq. İkinci oyunun necə olacağını zaman göstərəcək. Cavab görüşünə ciddi hazırlaşacağıq. Çünki qarşımızda güclü rəqib var. Bunu hamımız dərk edirik. Sezar Meza Kolli bizim üçün çox önəmli futbolçudur. Meydanı tərk etməsi yorğunluqla bağlı deyildi. Digər tərəfdən, Sadio Tounkaranı bu gün iş başında görmək istəyirdim. Bütün futbolçular komandamız üçün dəyərlidir”.

Xəbər xətti