Vətən müharibəsində iştirak edən jurnalistlər mükafatlandırıldı - FOTOLAR

13:32 - 3 Fevral 2021

44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdə jurnalistlərimizin, digər yaradıcı media mənsublarının, o cümlədən idman yazarlarımızın da xüsusi rolu olmuşdur.

 

Sportal.az xəbər verir ki, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası – AİJA öz qələmlərini süngü ilə əvəz edərək döyüşlərə yollanan və şücaət göstərən həmkarlarımızı, həmçinin UEFA Avropa Liqasında ev oyunlarına öz məkanında yer verən qardaş Türkiyənin Başakşəhər Fatih Terim stadionunu mükafatlandırmağa qərar verib.

 

Bu münasibətlə qurum mükafatlandırma mərasimi keçirib.

 

Tədbiri giriş sözü ilə AİJA-nın baş katibi, İdman TV-nin rəhbəri Rövşən Binnətli açaraq mərasimin məramını açıqladı.

 

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən ölüm-dirim mübarizəsində Vətən torpağını qucaqlayaraq gözlərini əbədi yuman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildı.

 

Öncə Vətən müharibəsində hərbi müxbir kimi çalışmış media nümayəndələrinə - Azad Azərbaycan televiziya kanalının cəbhə bölgəsinə  hərbi müxbir kimi könüllü yollanmış idman jurnalisti  Vüsal Qurbanova, qafqazinfo.az portalının hərbi müxbiri Emin  Səfərova, Report İnformasiya Agentliyinin hərbi müxbiri İsmayıl  Nəsibliyə, orduda xidmət edən CBC Sport telekanalının  səs rejissoru Xəyal Sadıqova AİJA-nın mükafatları təqdim edildi.

 

Ardınca Vətən müharibəsində şücaət göstərmiş idman yazarları - qazilərimiz Daşqın Əziz (offsideplus.az), Süleyman Vəliyev (CBC Sportun şərhçisi), Mehman Əşrəfov (sportal.az), Bəxtiyar Məcidli (ATV), Anar Miriyev ("İki Sahil" qəzeti), Mahal Məmmədov (Azərbaycan Futzal Federasiyasının mətbuat katibi) təltif edildilər.

 

AİJA-nın 2020-ci ilin idman xadimi nominasiyasının qalibi, Vətən müharıbəsinə könüllü getmiş "Qəbələ" Futbol Klubunun prezidenti Fariz Nəcəfov və Azərbaycanın ağır günlərində UEFA Avropa Liqası yarışlarında "Qarabağ" Futbol Klubunun ev oyunlarını keçirməsi, komandamızın özünü Qarabağda kimi hiss etməsi üçün əsl qardaşlıq əlini uzatmasına görə 2020-ci ilin idman qurğusu elan edilən Doğma Türkiyə Cümhuriyyətinmizin İstanbuldakı Başakşehir Fatih Terim Stadionu Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının xüsusi mükafatlarınıa yiyələndilər. Stadionun mükafatını Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyinin mətbuat attaşesi cənab Hüseyn Altınalan qəbul etdi.

 

Təltif olunanlar fəaliyyətlərinə verilən yüksək mənəvi dəyərə görə AİJA rəhbərliyinə təşəkkürlərini bildirdilər.
Mükafatları sahiblərinə AİJA adından təşkilatın prezidenti, əməkdar jurnalist Eldar İsmayılov, baş katib, İdman Televiziyasının rəhbəri Rövşən Binnətli (Novruzov), vitse-prezidentlər Natiq Nəsirov, Anar Şabanoğlu (İsgəndərov), "Qarabağ" Futbol Klubunun baş meneceri Asif Əsgərov, uzun illər "Qarabağ" futbol komandasının və millimizin şərəfini qorumuş, şəhid övladı, tanınmış futbolçu Vüqar Nadirov təqdim etdilər.

 

May be an image of 4 people, including Suleyman Veliyev and Natiq M. Nasirov and people standing

May be an image of 5 people, including Natiq M. Nasirov and people standingMay be an image of 3 people, including Məcidli Bəxtiyar, people standing and indoorMay be an image of 4 people and people standingMay be an image of one or more people, people standing and indoor

Xəbər xətti