Millinin Moldova ilə oyununun saatı açıqlandı

15:50 - 5 Fevral 2021

Futzal üzrə Azərbaycan millisinin 2022-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində Moldova ilə oyununun başlanma saatı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, martın 4-də Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da başlayacaq.

 

Qrupun ilk iki oyununda Slovakiya və Yunanıstana qalib gələn milli 6 xalla liderdir.

Xəbər xətti