Tanınmış kinorejissor “Kəpəz”in qonağı olub

23:00 - 5 Fevral 2021

Tanınmış kinorejissor, “Kəpəz” azarkeşi Rövşən İsax klubun qonağı olub.

 

Sportal.az xəbər verir ki, əsas komandanın məşqini izləyən qonaq şəhər stadionunun bazasında icraçı-direktor İlqar Nadiri ilə görüşüb. Rejissora klubun fəaliyyəti və planları haqda məlumat verilib.

 

Qəbula görə təşəkkür edən Rövşən İsax uşaqlıqdan “Kəpəz” azarkeşi olduğunu, komandanın çıxışlarını yaxından izlədiyini bildirib. Qarşıdakı Kubok matçında və 1-ci divizion oyunlarında “sarı-göylər”ə uğurlar arzulayıb.

 

Görüşün sonunda rejissorun “Kəpəz” azarkeşi olan oğluna komandanın forması hədiyyə edilib.

 

Rövşən İsax son illərdə böyük tamaşaçı auditoriyası toplayan “Vicdan haqqı” və “Yuxu kimi” teleserialların quruluşçu rejissoru və ssenari müəllifidir.

Xəbər xətti