Araz Abdullayev oynadı, "Boluspor" məğlub oldu

10:16 - 8 Fevral 2021

Türkiyə I Liqasında 20-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Araz Abdullayevin formasını geyindiyi “Boluspor” səfərdə “Altınordu”ya 1:2 hesabı ilə uduzub.

 

Araz matçın 90+1-ci dəqiqəsində meydana daxil olub.

 

“Boluspor” 19 xalla 18 komanda arasında 13-cüdür.

Xəbər xətti