İlk finalçı müəyyənləşdi - VİDEO

11:34 - 8 Fevral 2021

Qətərdə keçirilən klublararası dünya çempionatında ilk finalçı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, ilk yarımfinal qarşılaşmasında Meksikanın “Tiqres” klubu ilə Braziliya təmsilçisi “Palmeyras” üz-üzə gəliblər. Oyun "Tiqres"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Bu qələbə ilə Meksika klubu finala adlayıb.

 

Digər yarımfinal oyununda “Bayern” və “Əl-Əhli” qarşılaşacaq.

 

"Palmeyras" - "Tiqres" - 0:1

Qol: Andre-Pyer Jinak, 54 (pen.)

 

Xəbər xətti