AFFA VAR sistemi barədə FIFA ilə müzakirələr aparacaq

15:45 - 8 Fevral 2021

Azərbaycanda VAR (video-köməkçi hakim) sisteminin tətbiqi ilə bağlı ilkin prosesə müvafiq protokollara uyğun start verilib.

 

Sportal.az xəbər verir ki, qarşıdakı günlərdə bununla əlaqədar FIFA ilə videokonfrans formatında görüş keçiriləcək. Görüşdə mövcud vəziyyətvə həyata keçiriləcək işlər müzakirə olunacaq.

 

AFFA İcraiyyə Komitəsi VAR sisteminin tətbiqi üçün hazırlıq və araşdırma mərhələsinə start verilməsi barədə qərar qəbul edib. Lakin COVİD-19 pandemiyası ilə əlaqədar proses bir müddət təxirə salınmışdı.

Xəbər xətti