"Konyaspor" baş məşqçisini göndərdi

22:10 - 8 Fevral 2021

Türkiyənin "Konyaspor" klubu baş məşqçisi İsmayıl Kartalı istefaya göndərib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq ilə xitam verilib.

 

"Konyaspor" Super Liqada 22 oyundan sonra 24 xalla 15-ci pillədə qərarlaşıb.

 

Kartal 2020-ci ilin sentyabrından komandanı çalışdırırdı.

Xəbər xətti