"Trabzonspor"dan 2 cavabsız qol - VİDEO

23:37 - 8 Fevral 2021

Türkiyə Super Liqasında 23-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Trabzonspor" səfərdə "Yeni Malatyaspor"a 2:0 hesabı ilə qalib gəlib.

 

Super Liqada turnir cədvəlinə 48 xalla "Qalatasaray" başçılıq edir. Eyni xala malik olan "Beşiktaş"la "Fənərbaxça" 2-3-cü yerləri bölüşürlər. "Trabzonspor" 42 xalla 4-cü, "Yeni Malatyaspor" 29 xalla 10-cu pillədə qərarlaşıb.

 

"Yeni Malatyaspor" - "Trabzonspor" - 0:2

Qollar: Anastasios Bakasetas, 50, Antoni Nvakaeme, 90+5

 

Xəbər xətti