"Milan"dan Hakana son təklif

14:53 - 9 Fevral 2021

"Milan" yarımmüdafiəçisi Hakan Çalhanoğlunun müqaviləsini uzatmağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" türkiyəli futbolçuya 4 illik müqavilə təklif edib. 27 yaşlı oyunçu təklifi qəbul etsə, illik 4 milyon avro maaş alacaq. Bundan əlavə, türkiyəli yarımmüdafiəçinin bonuslar da alması nəzərdə tutulub.

 

Çalhanoğlunun isə klubdan 5 milyon avro maaş tələb etdiyi bildirilir.

 

Hakan bu mövsüm 25 oyunda 6 qol vurub, 11 assist edib.

Xəbər xətti