"Qalatasaray" Muslera ilə bağlı qərar verdi

15:15 - 9 Fevral 2021

"Qalatasaray" qapıçısı Fernando Musleranın mövsümün sonunda bitəcək müqaviləsini uzatmağa qərar verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 34 yaşlı qapıçı ilə 2+1 illik müqavilə bağlayacaq. Onun illik maaşı 2,5 milyon avro olacaq.

 

Uruqvaylı qapıçı 2011-ci ildən "sarı-qırmızılar"da çıxış edir.

Xəbər xətti